Azərbaycanda daha 18 nəfər COVID-19-dan ölüb

Aktual

12.12.2021 - 16:53

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 1 226 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 226 yeni yoluxma faktı qeydə alınıb 1 649 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 604 480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 576 264 nəfər müalicə olunaraq sağalıb, 8 088 nəfər vəfat edib, aktiv xəstə sayı 20 128 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 280, ötən müddət ərzində isə ümumilikdə 5 677 746 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş