Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub

Aktual

22.04.2022 - 16:34

Son sutkada 18 nəfər koronavirusdan sağalıb, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 621 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 129 nəfərdir.

Ölkədə son sutka ərzində 3331, hazırkı dövrədək isə 6 788 729 test aparılıb.

Müəllif: Ayna.az