Azərbaycanda COVID-la bağlı bugünkü STATİSTİKA

Aktual

23.04.2022 - 16:41

Son sutkada 19 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, son sutka ərzində Azərbaycanda COVİD-19-dan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 476 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 634 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib, aktiv xəstə sayı 135 nəfərdir.

Ölkədə son sutka ərzində 3403, hazırkı dövrədək isə 6 792 132 test aparılıb.

Müəllif: Ayna.az