Azərbaycanda COVID-19-la bağlı son vəziyyət açıqlanıb

Aktual

21.02.2022 - 16:46

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 1038 nəfər koronavirusa yoluxub, 26 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1038 yeni yoluxma faktı qeydə alınıb, 3 324 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 775 432 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 737 710 nəfər müalicə olunaraq sağalıb, 9 261 nəfər vəfat edib, aktiv xəstə sayı 28 461 nəfərdir.

Ölkədə son sutka ərzində 5 683, hazırkı dövrədək isə 6 491 040 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş