Lotu Quli İstanbulda dəfn olunub

Aktual

21.08.2020 - 16:09

Avtoritet Böyük Çəkməcə rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb

 

Kriminal aləmdə Lotu Quli adı ilə Nadir Səlifov bu gün İstanbulda dəfn edilib. AYNA-nın APA-ya istinadən məlumatına görə, Nadir Səlifov İstanbulun Böyük Çəkməcə rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb.

 

Qeyd edək ki, avqustun 20-da Türkiyənin Antalya şəhərində yaxın adamı, “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən başından güllələnərək öldürülüb.

 

Qətllə bağlı X. Zeynalov və daha bir nəfər Türkiyə polisi tərəfindən saxlanılıb. 

Müəllif: Ayna.az