Azərbaycanda COVID-19 ilə bağlı son vəziyyət açıqlanıb

Aktual

19.06.2022 - 17:03

Son sutkada COVID-19-dan vəfat edən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, son sutkada xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 010 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 164 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 130 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 312, bu günə qədər isə ümumilikdə 6 938 655 test icra olunub.

 

 

Müəllif: Ayna.az