“Kafe-restoranlar, ticarət mərkəzləri açılamlıdır, toylara icazə verilməlidir” - <font color=red> DEPUTAT</font>

Aktual

27.08.2020 - 13:35

Vüqar Bayramov: “İqtisadi və sosial faktorları nəzərə alsaq, Azərbaycanda da yenidən sərt karantınin tətbiq edilməsi arzuolunan deyil”

 

“Avqust ayı sona yaxınlaşdıqca ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də sentyabrdan xidmət və ictimai iaşə obyektlərinin fəaliyyətinin davam etməsi ilə bağlıdır. Epidomoloji vəziyyətdən asılı olaraq növbəti qərarların veriləcəyi gözlənilsə də iqtisadiyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq karantin tədbirlərinin tətbiqini məqsədəuyğun hesab etmir.

 

“İqtisadi və sosial faktorları nəzərə alsaq, Azərbaycanda da yenidən sərt karantınin tətbiq edilməsi arzuolunan deyil. Əksinə, daha yaxşı olar ki, xidmət və ictimai iaşə sektorunda fəaliyyətin miqyası genişlənsin. Payız mövsümünün yaxınlaşdığını nəzərə alsaq, yalnız açıq havada deyil, eyni zamanda qapalı məkanlarda da fəaliyyətə icazə verilməsi məqsədəuyğundur”, - deyə Bayramov vurğulayıb.

Avropa ölkəmizin tranzit imkanlarından istifadədə maraqlıdır - İki sahil

Millət vəkilinin sözlərinə görə, rəsmi statistikaya əsasən, turistlərin yerləşdirilməsi və ictimai iaşə müəssələrində 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81.5 min vətəndaşımız işləyir: “Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan bu iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Nəzərə almaq lazımdır ki, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Qeyd etdiyim kimi, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiya qarşı mübarizədə karantin qaydaları qədər, standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir”.

 

“Ona görə də, təklif edirik ki, meyarları hazırlayıb tətbiq etməklə sentyabrın 15-dən etibarən qapalı məkanlarda yerləşən kafe və restoranlarda, oktyabrın 1-dən iri ticarət obyektlərində, noyabrın 1-dən isə yeni standartlar ilə şadlıq saraylarında fəaliyyətə icazə verilsin. Aydındır ki, bu təklifin reallaşması üçün həm meyarların gözlənilməsinə nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”, - deyə deputat sonda vurğulayıb.

Müəllif: Ayna.az