Düşmən cəsədləri arasında Suriyadan gətirilənlər var

Aktual

28.09.2020 - 13:04

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin itkilərini açıqlayıb

 

Ermənistan tərəfinin Azərbaycan ordusu ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov birifinqdə deyib. Nazirlik rəsmisi qeyd edib ki, artıq Talış kəndi ətrafında bir neçə strateji yüksəklik işğalçı qüvvələrdən təmizlənib.

 

“Ermənistan Müdafiə Nazirliyi hər zaman olduğu kimi, verdiyi itkiləri gizlədir. Kəşfiyyat qrupumuzun əldə etdiyi məlumata əsasən, 24 tank və hərbi texnikası, səkkiz artilleriya qurğusu, 18 PUA, 15 zenit-raket kompleksi (OSA) məhv edilib, 550 nəfərdən artıq itkisi var. Düşmənin itkiləri arasındakı bəzi cəsədlərin Suriyadan gətirilənlərə aid olduğu aşkar edilib”, - deyə polkovnik vurğulayıb.

 

Eyvazov bildirib ki, bu gün Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.

Müəllif: Ayna.az