Azərbaycanda COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

23.09.2022 - 17:44

Son sutkada koronavirus əleyhinə 709 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 709 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 131, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 364, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 57 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 884 943, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 380 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 628, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 376 822, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 261 335 nəfər təşkil edir.

Müəllif: Ayna.az