Azərbaycanda COVID-19-dan vəfat edənlərin sayı 9 min 704-ə çatıb 

Aktual

13.04.2022 - 16:33

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada daha 16 nəfər koronavirusa yoluxub, 41 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 416 nəfər müalicə olunaraq sağalıb, 9 704 nəfər vəfat edib, aktiv xəstə sayı 185 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 343, ötən müddət ərzində isə ümumilikdə 6 755 203 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş