Azərbaycanda COVID-19-dan ölənlərin sayı 7 min 833 nəfərə çatıb

Aktual

29.11.2021 - 16:44

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 857 nəfər koronavirusa yoluxub, 1091 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1091 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 586 640 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7 833 nəfər vəfat edib, aktiv xəstə sayı 25 992 nəfərdir.

Ölkədə son sutka ərzində 5 594, hazırkı dövrədək isə 5 526 664 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş