Ölkəmizdə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32573 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6902, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21285 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10234106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5042611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4512674, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 678821 təşkil edir.