Azərbaycanda aviaşirkət ləğv olunub

İqtisadiyyat

07.03.2023 - 12:43

“Turan Air” MMC ləğv olunduğunu elan edib

Azərbaycanın ilk özəl aviaşirkəti olan “Turan Air” MMC ləğv olunduğunu elan edib. AYNA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Bildirilib ki, kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Turan Air” 1994-cü ildə yaradılıb, Azərbaycanın ilk özəl aviaşirkətidir. Onun nizamnamə kapitalı 2,47 milyon manatdır. Şirkətin ilk təsisçiləri ovaxtkı “Azərbaycan Hava Yolları” Dövlət Konserni (indiki “Azərbaycan Hava Yolları” QSC - AZAL) və ABŞ-nin “ITI Trading International” şirkəti olub. 1997-ci ildə AZAL təsisçilərin sırasından çıxıb, aviaşirkət “Turan Air” “Azərbaycan-Ofşor” birgə müəssisəsi adı altında yenidən dövlət qeydiyyatına alınıb.

Müəllif: Ayna.az