Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

İqtisadiyyat

08.05.2022 - 00:50

Aktiv ƏDV ödəyicilərinin sayı 5% artıb

Bu il may ayının 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,1% artaraq 685 446 olub.
Dövlət Vergi Xidmətindən AYNA-ya verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5% artıb və 36 414 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,4% artaraq 185 874-ə çatıb.

Müəllif: Ayna.az