Neftin qiyməti bahalaşır

İqtisadiyyat

24.12.2020 - 11:02

Azərbaycan neftinin bir barreli 52 dollardan baha satılır

 

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar artaraq 51,62 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,37 dollar bahalaşaraq 48,49 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,96 dollar artaraq 52,05 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə