Azərbaycanda 65 yaşlı müəllim dərs zamanı ölüb

Hadisə

12.02.2024 - 20:35

Həkimlər Klinikalar SEO Xidməti

Baloğlan Əliyev məktəbdə dərs zamanı halı pisləşib

Azərbaycanda 65 yaşlı müəllim dərs zamanı ölüb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Astara rayonunun Artupa kəndində qeydə alınıb.

Belə ki, 40 ildən artıq rayonun təhsil sektorunda çalışan Baloğlan Əliyev məktəbdə dərs zamanı halı pisləşib və dünyasını dəyişib. B.Əliyevin yüksək hipertaniyadan (təzyiqdən) öldüyü deyilir.

Müəllif: Ayna.az