Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 1542 nəfər cəzadan azad olunub
“8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli qərarının icrası çərçivəsində bu günə qədər Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 6191 nəfərə amnistiya aktı tətbiq edilib. AYNA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.
Onun sözlərinə görə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 1542 nəfər cəzadan azad olunub, onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 1075 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb.