Azərbaycana gətirilən tibbi respiratorların gömrük rüsumu barədə yeni qərar

Xəbərlər

30.12.2021 - 14:52

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəyə gətirilən tibbi respiratorlar daha 1 il gömrük rüsumundan azad edilib

Azərbaycana gətirilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar daha 1 il gömrük rüsumundan azad edilib, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalara tətbiq olunan gömrük rüsumlarının müddəti isə 1 il artırılıb.

AYNA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Beləliklə, 31 dekabrı 2021-ci il tarixinədək Azərbaycana idxal edilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar gömrük rüsumundan azad edilib. Bu müddət 31 dekabr 2022-ci ilə qədər uzadılıb. Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların isə 1 ədədinə 31 dekabrı 2021-ci il tarixinədək 0,03 ABŞ dolları gömrük rüsumu tətbiq olunmalı idi. Bu müddət də 31 dekabr 2022-ci ilə qədər uzadılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş