Azərbaycan Yüksəliş Partiyasının sədri həbs edilib

Xəbərlər

21.04.2023 - 23:17

cedabet dərman SEO Xidməti

Partiya sədri dələduzluqda təqsirləndirilir

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib. AYNA APA-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

Ümumilkdə Anar Əsədli barəsində 4 şikayətçi var. O, həmin şəxslərdən külli miqdarda pul alıb geri qaytarmamaqda ittiham edilir.

Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş