Azərbaycan XİN İranda dini məbədə hücumu pisləyib

Xəbərlər

27.10.2022 - 05:54

cedabet dərman SEO Xidməti

XİN İrana terror aktı ilə bağlı başsağlığı verib

Azərbaycan Respublikası XİN İranda dini məbədə terror hücumunu pisləyib. AYNA-nın xəbərinə görə, bu barədə məlumat qurumun "Twitter" hesabında yerləşdirilib.

“İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında baş verən terror aktından təəssüflənirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmlə üzləşən dövlət kimi Azərbaycan onun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir” deyə bəyanatda qeyd edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş