Azərbaycan-Türkiyə birgə təlimindən görüntülər – VİDEO

Xəbərlər

20.10.2023 - 13:13

cedabet dərman SEO Xidməti

Komandolar gecə tapşırıqları icra ediblər

Oktyabrın 23-25 tarixlərində Azərbaycanda keçiriləcək "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi ərəfəsində hər iki qardaş ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, komandolar gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edərək basqınla şərti düşmənin diversiya qrupunu yerləşmə məntəqəsində zərərsizləşdiriblər.

Təlimin əsas məqsədi hərbi qulluqçuların məhdudgörmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi və komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Məşqlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən komandolar bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş