Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçirilə bilər

Xəbərlər

17.05.2022 - 16:08

Andrey Rudenko: "Zərurət yaranarsa, liderlərin görüşün təşkil olunmasını istisna etmirik"

"Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçiriləcəyi istisna deyil". AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Biz 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində Üçtərəfli Birgə Bəyanatların ən yüksək səviyyədə həyata keçirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar. Əgər belə bir zərurət yaranarsa, liderlərin görüşün təşkil olunmasını istisna etmirik”, - deyə Rudenko bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın sonuncu üçtərəfli görüşü ötən ilin noyabrın 26-da Soçi şəhərində baş tutub.

Müəllif: Ayna.az