Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Xəbərlər

13.01.2023 - 19:35

cedabet dərman SEO Xidməti

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə başsağlığı verib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. AYNA xəbər verir ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun vəfat etməsi barədə məlumatı təsdiq edib.

"Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən vəfat etməsi barədə məlumatı təsdiq edirik", - MN-dən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş