Azərbaycan Ordusu dünyanın ən güclüləri siyahısında: Ermənistan 34 pillə geridədir

Xəbərlər

27.01.2022 - 15:47

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ siyahıda yer alan 140 ölkə arasında 1-ci yerdə qərarlaşıb

“Global Fire Power” 2022-ci ilin ən güclü ordularının reytinqini təqdim edib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, reytinqdə ölkələrin orduları texnoloji üstünlük, maliyyə imkanları, logistika qabiliyyəti, insan gücü və s. kimi 50-dən çox faktora görə sıralanıblar.

ABŞ siyahıda yer alan 140 ölkə arasında 1-ci yerdə qərarlaşıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Rusiya və Çin tutub. Azərbaycan dünyanın ən güclü orduları arasında 63-cü yeri tutub. Ermənistan 97-ci, Gürcüstan isə 88-ci yerdə qərarlaşıb.

Siyahıda 13-cü pillədə qərarlaşan Türkiyə Ordusu dünyanın ən güclü orduları arasında yer alıb. Pakistan 9-cu, İran isə 14-cü olub. Fransa 7-ci, Böyük Britaniya 8-ci, Almaniya isə 16-cı yerdə qərarlaşıb.

Siyahıda son üç yeri müvafiq olaraq Somali, Kosovo və Butan tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş