Azərbaycan neftinin qiyməti bahalaşdı

İqtisadiyyat

06.05.2022 - 11:09

"Azeri Light"ın qiyməti 117 dollara yaxınlaşır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin iyul müqaviləsinin dəyəri 0,22% artaraq, 1 barelə görə 111,14 dollar təşkil edib.

AYNA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,19% artaraq, 108,47 dollar təşkil edib.

Azərbaycan nefti olan "Azeri Light" (CIF) markalı neftin qiyməti də bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,39 ABŞ dolları və ya 2,98% artaraq 116,94 dollar təşkil edib.

Müəllif: Ayna.az