Gələn il neftin büdcə qiyməti 35 dollar olacaq

İqtisadiyyat

03.09.2020 - 15:28

Bu qiymət daha mühafizəkar yanaşma əsasında götürülüb

 

Gələn il Azərbaycan neftinin büdcə qiyməti 35 dollar olacaq.

 

AYNA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Nazirlikdən qeyd edilib ki, 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.

Müəllif: Ayna.az