Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

İqtisadiyyat

02.07.2024 - 09:15

Həkimlər Klinikalar SEO Xidməti

Neftin qiymətində artım qeydə alınıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,41 ABŞ dolları, yaxud 1,59 % artaraq 90,06 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 86,83 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az