Azərbaycan neftinin qiyməti 88 dollara düşüb

İqtisadiyyat

19.04.2024 - 09:40

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,02 ABŞ dolları, yaxud 3,3 % azalaraq 88,51 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 89,34 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az