Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

06.01.2024 - 14:08

“Azeri Light”ın bir barelinin qiyməti 1,37 dollar azalıb

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,37 dollar və ya 1,67 faiz azalaraq 80,70 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az