Azərbaycan nefti cüzi ucuzlaşıb

İqtisadiyyat

04.01.2023 - 15:40

Neftin qiymətində azalma müşahidə olunub

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,9 ABŞ dolları, yaxud 0,1 % azalaraq 87,99 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərraclarda “Brent” markalı neftin fevral fyuçersləri 80,75 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.

Müəllif: Ayna.az