Azərbaycan neftinin qiyməti 102 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,09 ABŞ dolları, yaxud 3,11% artaraq 102,44 ABŞ dolları təşkil edib.
AYNA xəbər verir ki, hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 97,92 ABŞ dollara satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.