“Azeri Light”ın bir bareli 98,37 dollara satılır
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,02 dollar artaraq 93,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 87,72 dollar olub.
Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,65 dollar artaraq 98,37 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.