Azərbaycan güləşçisi Avropa çempionu olub

İdman

30.03.2022 - 04:47

Həkimlər Klinikalar SEO Xidməti

Məhəmmədxan Məhəmmədov qızıl medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

AYNA xəbər verir ki, 97 kq-da çıxış edən idmançı finalda macarıstanlı Vladislav Baytsayevlə qarşılaşıb. İlk dəqiqələrdən təşəbbüsü ələ alan Məhəmmədov rəqibinə 11:5 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.

Qeyd edək ki, bu gün final qarşılaşmasına çıxan Azərbaycanın digər 3 sərbəst güləşçisi - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) isə gümüş medalla kifayətləniblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş