XİN bəyanat yayıb
“Keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl 2021-ci il Ermənistan istehsalı olan minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb”. AYNA xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda əksini tapıb.
Bildirilib ki, 2020-ci ildən bəri Azərbaycanın mina qurbanlarının sayı 290 nəfər təşkil edir: “Ermənistan Respublikası dəqiq məlumatların əks olunduğu mina xəritələrini təhvil verməlidir”.