Azərbaycan Ermənistan hərbçilərinin cəsədini qarşı tərəfə təhvil verməyə hazırdır

Xəbərlər

14.09.2022 - 16:18

cedabet Klinikalar SEO Xidməti

Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində ölmüş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

AYNA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş