Birləşmiş Ərəb Əmirliklərinə reyslərinin sayı artırıldı
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə reyslərinin sayını artırıb. AYNA xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.
Qeyd edilib ki, martın 17-dən 26-na qədər Bakıdan səhər saat 08:00-da, Dubaydan isə yerli vaxtla saat 12:00-da J2-115/J2-116 nömrəli əlavə reyslər həyata keçiriləcək.
"Bununla da, sərnişinlər günün əvvəlində səhər saatlarında çata biləcəklər", - məlumatda vurğulanıb.