Aviareyslər həftədə iki dəfə yerinə yetiriləcək
“Azərbaycan Hava Yolları” QSC (AZAL) dekabrın 10-dan Bakıdan Qətərin paytaxtı Dohaya uçuşlar həyata keçirəcək. AYNA xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Qeyd olunub ki, aviareyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri - yerinə yetiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.