Azad edilmiş ərazilərdə daha 194 piyada əleyhinə mina aşkarlanıb

Xəbərlər

07.08.2023 - 17:30

cedabet dərman SEO Xidməti

ANAMA icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iyulun 31-dən avqustun 6-dək işğaldan azad edilmiş torpaqlarda 363,02 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.

AYNA xəbər verir ki, bu barədə ANAMA tərəfindən icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.

Məlumata əsasən, Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 194 piyada əleyhinə, 30 tank əleyhinə mina və 97 partlamamış hərbi sursat aşkarlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş