Aylıq əlavələrin veriləcəyi məktəb direktoru və direktor müavinlərinin sayı açıqlanıb

Xəbərlər

23.08.2022 - 12:03

Həkimlər Klinikalar SEO Xidməti

Emin Əmrullayev: “Aylıq əlavələr təxminən 865 direktoru və 2343 direktor müavinini əhatə edəcək”

Məktəb direktorlarına aylıq əlavələr hər il yanvar ayından etibarən məktəbdə nə qədər şagird qeydiyyatdadırsa, ona uyğun olaraq hesablanacaq.

AYNA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, aylıq əlavələr təxminən 865 direktoru və 2343 direktor müavinini əhatə edəcək: "Əvvəl şagird sayı 500 olan direktor da 650 manat vəzifə maaşı alırdı, bütün vergiləri çıxdıqdan sonra, 4000 şagird təhsil alan məktəbin direktoru da. Bu artımlar direktorların iş yükünə görə düzgün qiymətləndirilmələrinə gətirib çıxaracaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş