Əməkdar artist xəstəxanada dünyasını dəyişib
Əməkdar artist Aygün Hümmətova (Bəylər) vəfat edib. AYNA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Müğənni dünən axşam saatlarında Türkiyənin paytaxtı Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.
Xatırladaq ki, Aygün Hümmətova 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olub.
2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.