“Corc Buş və Toni Bleyr də Haaqa Tribunalının qarşısına çıxarılmalıdır”
“ABŞ-ın hazırkı Prezidenti Co Bayden, həmçinin onun sələfləri Barak Obama və Donald Tramp Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında mühakimə olunmalıdırlar”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa Parlamentinin üzvü Mik Uolles bildirib.
Avropa Parlamentinin deputatının fikrincə, ABŞ-ın keçmiş Prezidenti Corc Buş və Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyr də Haaqa Tribunalının qarşısına çıxmalmalıdır: “Bu baş verməsə, Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinə olan inam fəlakətli dərəcədə aşağı səviyyəyə düşəcək”.
Deputat bu siyasətçiləri neokolonializm siyasətində ittiham edir.