Avropada qazın qiyməti yenidən aşağı düşüb

Dünya

23.12.2021 - 02:54

Həkimlər Klinikalar SEO Xidməti

Ticarətin sonunda qiymət 1 934,3 ABŞ dolları təşkil edib

Avropada qaz fyuçerslərinin qiymətləri 8%-dən çox azalaraq min kubmetr üçün 2 000 ABŞ dollarından aşağı düşüb.

AYNA xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları təsdiqləyir.

Avropanın ən likvid mərkəzi olan Niderlandın TTF indeksi üzrə yanvar fyuçerslərinin qiyməti ticarətin açılışında 2 030 ABŞ dollarını bir qədər ötüb. Ticarətin sonunda isə qiymət 1 934,3 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, fyuçers bazarında tarixi maksimum - min kubmetr üçün 2190,4 ABŞ dolları dekabrın 21-də qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş