Avropada qaz bahalaşıb

Dünya

03.01.2025 - 11:30

Həkimlər Klinikalar SEO Xidməti

Qiymətlər 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb

Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bəri Rusiya yanacağının Ukrayna üzərindən nəqlinin dayandırılmasından sonra ən yüksək həddə çatıb. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

"Cümə axşamı əsas qiymətlər 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə qalxıb", - məlumatda qeyd olunub.

Bildirilib ki, qiymət artımının yeganə səbəbi Rusiyadan qazın nəqlinin dayandırılması deyil. Digər səbəb, Norveçdəki LNG zavodunun kompressor nasazlığı səbəbindən bağlanmasıdır. Şirkət yalnız yanvarın 9-da fəaliyyətini bərpa edəcək.

Analitiklərin fikrincə, hazırda Avropanın qaz ehtiyatları 2021-ci ildən bəri ən sürətlə tükənir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş