Avropada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Dünya

26.12.2021 - 00:45

Həkimlər Klinikalar SEO Xidməti

Avropada COVID-19-la bağlı son statistika məlum olub

Avropada koronavirusa rekord sayda yoluxma qeydə alınıb. AYNA xəbər verir ki, Böyük Britaniyada Milad bayramında 122 mindən çox insan koronavirusla yoluxub.

Almaniyada son sutka ərzində 22,2 min yeni yoluxma halı aşkarlanıb, 157 nəfər ölüb.

Portuqaliyada isə yoluxma 12,9 min nəfər təşkil edir ki, bu da rekord rəqəmdir.

İrlandiyada ötən günlə müqayisədə 2,5 mindən çox insan infeksiya ilə rastlaşıb.

Fransada Milad ərəfəsində 94 mindən çox insanin koronavirus testi müsbət çıxıb.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda "omikron"un artıq 110 ölkədə tapıldığı bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş