Avropa Ukraynaya 500 milyard avro yardım ayırmaq niyyətindədir

Dünya

04.07.2022 - 09:28

Hazırda Avropa Komissiyası Ukraynanın maliyyələşdirilməsi variantlarını öyrənir

Avropa İttifaqı Ukraynaya ölkə iqtisadiyyatını bərpa etmək üçün 500 milyard avro məbləğində maliyyə yardımı etmək niyyətindədir. AYNA xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, hazırda Avropa Komissiyası Ukraynanın maliyyələşdirilməsi variantlarını öyrənir. Qrant və kreditlərin ayrılması imkanları nəzərdən keçirilir.

İyulun 4-5-də Luqanoda keçiriləcək konfransda Ukraynanın iqtisadi bərpa planı təqdim olunacaq.

Agentlik mənbəsinə istinadən yazıb ki, plan 2 mindən çox səhifədən ibarətdir və infrastruktur, təhlükəsizlik, iqlim, enerji və rəqəmsal iqtisadiyyat sahəsində layihələri əks etdirir.

Müəllif: Ayna.az