Avropa İttifaqı Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Dünya

19.03.2024 - 13:02

Fond Avropa İttifaqına hərbi texnika və təlimlər vasitəsilə Ukrayna ordusuna ehtiyaclarını dəstəkləmək imkanı verəcək

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya Yardım Fondunun (UYF) yaradılmasını təsdiqləyib və bu məqsədlə 5 milyard avro (5,4 milyard dollar) ayırıb. AYNA “Reuters”ə istinadən xəbər verir ki, qərar Avropa İttifaqına üzv ölkələrin nazirlərinin Ukraynaya dəstəyi və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyi Brüsseldə Aİ-nin Xarici Əlaqələr Şurasında qəbul edilib.

Şuranın məlumatına görə, fond Avropa İttifaqına hərbi texnika və təlimlər vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını dəstəkləmək imkanı verəcək.

Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başlayandan bəri Aİ Kiyevə 138 milyard avrodan çox yardım edib ki, bunun da 28 milyard avrosu hərbi dəstək üçün ayrılıb.

Müəllif: Ayna.az