Avropa İttifaqı Kiyevə dəstəyini azalda bilər

Dünya

09.01.2025 - 08:19

Həkimlər Klinikalar SEO Xidməti

Aİ-nin qaz böhranı səbəbi ilə Ukraynaya yardımı kəsəcəyi gözlənilir

Avropa İttifaqı (Aİ) Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılması ilə bağlı vəziyyətə görə Kiyevə dəstəyini azalda bilər. AYNA xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.

Məqalədə deyilir: “Ukraynanın avropalı qonşuları Zelenskinin daha çox hərbi yardım tələblərinə daha az reaksiya verə bilər. O zaman ki, həmin ölkələrin vətəndaşları evlərində faktiki olaraq dondurulur və onların büdcələri təbii qaz qiymətlərinin əhəmiyyətli dərəcədə artması ilə azalır”.

Yazıda vurğulanıb ki, Ukrayna Rusiya qazı və neftinin tədarükünü dayandırdıqdan sonra ilk ticarət günündə Avropada təbii qazın qiyməti 4 faiz artıb.

Qeyd edək ki, 2024-cü ilin avqustunda Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsini uzatmaqdan imtina etdi. Həmin ilin dekabrında Ukrayna hakimiyyəti bu mövqeyi təsdiqlədi. Hazırda Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti dayanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş