Avropa dövlətləri Orbanın Gürcüstana səfərini tənqid ediblər

Dünya

29.10.2024 - 12:01

cedabet dərman SEO Xidməti

“Biz Baş nazir Orbanın Gürcüstana vaxtından əvvəl səfərini tənqid edirik

Avropanın 13 ölkəsinin hökumət üzvləri bildiriblər ki, gürcüstana səfər edən Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını (Aİ) təmsil etmir. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Orban “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasını parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik etmək üçün dünən Tiflisə gəlib.

“Biz Baş nazir Orbanın Gürcüstana vaxtından əvvəl səfərini tənqid edirik. O, Aİ adından danışmır”, - nazirlərin birgə bəyanatında deyilir.

Eyni zamanda, onlar Gürcüstandakı mövcud vəziyyətlə bağlı narahatlıqlarını ifadə edərək, “azad və ədalətli seçkilər üçün beynəlxalq standartların bütün pozuntularını” pisləyiblər. Nazirlər “şikayətlərin qərəzsiz araşdırılmasını və aşkar edilmiş pozuntuların aradan qaldırılmasını” tələb ediblər.

“Seçki şəffaflığının pozulması Aİ-yə namizəddən gözlənilən standartlara uyğun gəlmir. Bu, gürcü xalqının qanuni Avropa istəklərinə xəyanətdir. Qanunun aliliyinə hörmət və azad, ədalətli seçkilərin keçirilməsi Gürcüstanın Aİ yolunda istənilən irəliləyişin tərkib hissəsidir”, - bəyanatda qeyd olunub.

“Bu çətin zamanda biz gürcülərin tərəfindəyik. Etirazların, xüsusən də hökumətin onlara reaksiyasının dinc şəkildə davam etməsi vacibdir”, - nazirlər əlavə ediblər.

Bəyanatı Çexiyanın Avropa məsələləri üzrə naziri Martin Dvorak, Danimarkanın Avropa işləri üzrə naziri Mari Bjerre, Almaniyanın Avropa və İqlim Məsələləri üzrə Dövlət Naziri Anna Lührmann, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna, Finlandiyanın Avropa işləri üzrə naziri Yoakim Strand, Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Addad, İrlandiyanın Aİ işləri üzrə dövlət naziri Cennifer Karroll Makneyl, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis, Hollandiyanın xarici işlər naziri Kasper Veldkamp, Lüksemburqun xarici işlər, xarici ticarət, inkişaf və humanitar məsələlər naziri Xavier Bettel, Polşanın Aİ işləri üzrə naziri Adam Szlapka, Portuqaliyanın Avropa məsələləri üzrə dövlət katibi İnes Dominqos və İsveçin Avropa İttifaqı işləri üzrə naziri Cessika Rozenkrantz imzalayıb.  

Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatlarına görə, oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” səslərin təxminən 54%-ni toplayıb. Müxalifət “Dəyişiklik Koalisiyası” 11,04%, “Birlik – Milli Hərəkat” 10,17%, “Güclü Gürcüstan” 8,8%, “Gürcüstan Naminə Qaxariya” 7,8% səs toplayıb.

Dörd müxalifət partiyası hamısı yeni parlamentdə təmsil olunmaqdan imtina edir. Onlar yeni seçkilərin keçirilməsini tələb edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş