“Dinc əhalinin həyatını təhlükəyə atmaq yolverilməzdir”
Donbassdakı münaqişənin bütün tərəfləri ağır silahlardan istifadəni dayandırmalı və atəşkəsə riayət etməyə qayıtmalıdırlar.
AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ATƏT-in baş katibi Helqa Şmid şəxsi "Twitter" səhifəsində yazıb: “Mən bütün tərəfləri ağır silahları təhlükəsizlik zonasından çıxarmağa, atəşkəsə riayət etməyə və dinc sakinləri qorumağa çağırıram".
“ATƏT müşahidəçiləri Minsk razılaşmaları ilə qadağan olunmuş ağır silahlardan istifadənin intensivləşməsini qeydə alıblar. Dinc əhalinin həyatını təhlükəyə atmaq yolverilməzdir", - H.Şmid vurğulayıb.