Arutunyan “istefa” verdi

Xəbərlər

31.08.2023 - 13:07

cedabet dərman SEO Xidməti

Qondarma rejimin başçısı “vəzifəsindən” getdiyini açıqlayıb

Qarabağdakı qondarma terrorçu rejimin başçısı Araik Arutunyan “istefa” verib. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

Quldurların başçısı “Facebook” hesabında “vəzifəsindən istefa” verdiyini yazıb.

O, “istefa” məktubunu sabah “parlament”ə təqdim edəcək.

Qeyd edək ki, Qarabağdakı separatçılar arasında son günlər qarşıdurma şiddətlənib. Arutunyanın addımlarından narazı olan ünsürlər onun “istefasını” tələb edirdilər. Arutunyan isə iki gün əvvəl qərarını həftə sonu açıqlayacağını bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş